01:42 04 Mart 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0230
  • EUR2.0547
SƏHİYYƏ
Qısa URL
285 0 0

"Təsəvvür edin ki, saunada temperaturu tənzimləyən istilik ötürücüsünün üstünə dəsmal sərmisiniz. Bu zaman ötürücü kifayət qədər istilik ötürmədiyini "fikirləşərək" daha çox buxar verməyə başlayır və saunanı həddən artıq qızdırır".

BAKI, 14 fevral — Sputnik. COVID-19 da daxil olmaqla, hər hansı bir virusun yayılmasının qarşısını almaq üçün maska taxmaq vacibdir. Amma maskanın xeyri olduğu qədər zərəri də var. Corc Meyson Universitetinin Sistemli Biologiya Məktəbinin professoru Ança Baranova RİA Novosti-yə açıqlamasında bildirib ki, maska taxmaq yalnız fiziki narahatlığa səbəb olmur, eyni zamanda bədənin termorequlyasiyasının pozulmasına da gətirib çıxarır. Mütəxəssisin sözlərinə görə, üstəlik, məsələnin psixoloji tərəfləri də var.

"İnsan bir canlı növü olaraq müəyyən xüsusiyyətlərə malikdir. Məsələn, biz bir-birimizin üzünü görməyəndə narahatlıq və stress keçirməyə başlayırıq. Bundan başqa, maska üzə kip şəkildə oturur ki, bu zaman da nəfəs almaq çətinləşir və orqanizmin termorequlyasiya prosesi pozulur", - deyə Baranova vurğulayır.

Mütəxəssis bunu belə izah edir: "Təsəvvür edin ki, saunada temperaturu tənzimləyən istilik ötürücüsünün üstünə dəsmal sərmisiniz. Bu zaman ötürücü kifayət qədər istilik ötürmədiyini "fikirləşərək" daha çox buxar verməyə başlayır və saunanı həddən artıq qızdırır. Maska taxanda da eynilə bu cür proses baş verir. Üzün maska ilə örtülən hissəsində bioloji termo ötürücülər yeləşir. Onlar orqanizmin vəziyyəti ilə bağlı siqnal ötürür. Maska taxanda üzün müəyyən hissəsi isinir və bu zaman orqanizm sizin hərarətinizin qalxdığını nəzərə alaraq, diskomfort siqnalı verməyə başlayır. Ona görə də insanları həmişə maskada gəzməyə məcbur etmək olmaz, arada fasilə vermək lazımdır".

Bununla belə, mütəxəssis indiki vəziyyətdə maskadan imtina etməyi məsləhət görmür.

"Mütləq təhlükəsizliyin ideal dünyasında, koronavirus olmasa belə, maska rejimi vacibdir. Çünki qrip və başqa infeksiyalar da mövcuddur. Həmin infeksiyalar da bəzən ölümcül ola bilər. Buna görə də 100% təhlükəsizlik üçün maskadan həmişə düzgün istifadə etmək lazımdır", - deyə Baranova qeyd edib.

Əsas mövzular