16:33 05 Mart 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0228
  • EUR2.0327
SƏHİYYƏ
Qısa URL
63921

Professor Arber qeyd edib ki, "EXO-CD24" adlı substansiya tətbiq olunduğu 30 orta və ağır koronavirus xəstəsindən 30-u da sağalıb.

BAKI, 8 fevral — Sputnik. İsrailin paytaxtı Təl-Əvivdə yerləşən İçelov Tibb Mərkəzində koronavirusla müalicə metodu hazırlanıb. Sputnik Azərbaycan "Times of İsrael" nəşrinə istinadən xəbər verir ki, yeni müalicə növü artıq kliniki sınaqların birinci mərhələsindən uğurla keçib.

Məlumatda qeyd olunur ki, yeni müalicə növü orta və ağır dərəcəli koronavirus xəstələrinə tez bir zamanda xəstəlikdən sağalmağa yardım edib.

Mərkəzin professoru Nadir Arber əldə olunan nəticəni "böyük irəliləyiş" adlandırıb. O qeyd edib ki, "EXO-CD24" adlı substansiya tətbiq olunduğu 30 orta və ağır koronavirus xəstəsindən 30-u da sağalıb: "30 nəfərdən 29-u 3-5 gün ərzində sağalıb".

Bildirilir ki, pasiyentlərə tətbiq olunan maddə onların immun sistemini gücləndirir.

Arber qeyd edib ki, xəstələr 5 gün, gündə bir dəfə, cəmi bir neçə dəqiqə bu dərmanla nəfəs alıblar. Mərkəz qeyd edib ki, dərman bundan sonra növbəti kliniki sınaqlardan keçiriləcək.

Əsas mövzular