Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan, 1920
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

İcbari tibbi sığortada özəl klinikaların kənarda qalması prosesə necə təsir edir

© AFP 2023 / JEAN-SEBASTIEN EVRARDСтетоскоп, фото из архива
Стетоскоп, фото из архива - Sputnik Azərbaycan, 1920, 08.02.2021
Abunə olmaq
Ekspert icbari tibbi sığorta üzrə xidmətlərin keyfiyyətindən, əlçatanlıq məsələsindən və bu sahədə çətinliklərdən danışıb.

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 8 fevral — Sputnik. 2021-ci il üçün icbari tibbi sığortanın xidmətlər zərfinə daxil olan xidmətlərin sayı açıqlanıb. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Departament rəhbəri Vüqar Qurbanov bu il üçün xidmətlər zərfinə 2800-dən çox xidmətin daxil edildiyini deyib: "Bu, yalnız tibbi xidmətlərlə bağlıdır. Bura digər müalicə növləri daxil edildikdə, bu say 3000-dən çox olacaq".

 Тензиометр, фото из архива - Sputnik Azərbaycan, 1920, 20.01.2021
SƏHİYYƏ
İcbari tibbi sığorta vasitəsilə göstərilən tibbi xidmətlərin sayı açıqlandı

Qeyd edək ki, Nazirlər Kabinetinin 2020-ci il 10 yanvar tarixli Qərarı ilə təsdiq edilmiş “İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi”nə 2550 sayda müxtəlif tibbi xidmət daxil edilib. Beləliklə, bu il tibbi xidmətlərin sayında artım olacaq.

Bəs, bu xidmətlərin keyfiyyəti necədir və əlçatandırmı?

"İqtisadi və Sosial İnkişaf Mərkəzi" İctimai Birliyinin sədr müavini Rəşad Həsənov Sputnik Azərbaycan-a deyib ki, hələlik bu proses tam formalaşmayıb, işlər aparılır: "Burada müəyyən çətinliklər var. Çətinliklərdən biri inzibatçılıq ilə bağlıdır. Bəzi hallarda müraciətlərə baxılma xeyli vaxt aparır. Bu da xüsusilə təcili xidmətlərə ehtiyacı olanlar üçün çətinlik yaradır. Digər məsələ xidmətin keyfiyyəti ilə bağlıdır. Çünki peşəkar həkimlərin bu prosesə cəlb edilməsində hələlik çətinlik var. Özəl klinikada yüksək gəlir əldə edən peşəkar həkim nəyə görə nisbətən az gəlirlə dövlət müəssisəsində çalışmalıdır?"

"Digər bir problem hələlik özəl sahənin bu prosesdən kənarda qalmasıdır. Bu, rəqabəti nisbətən zəiflədir. Düzdür, özəl sektor ilə müəyyən əməkdaşlıq hiss olunur. Xüsusilə pandemiya dövründə özəl xəstəxanalara yönləndirmələr oldu. Lakin növbəti mərhələdə bu istiqamətdə konkret qərarlar verilməli, dayanıqlı mexanizm yaradılmalıdır. Vətəndaş seçim edə bilməlidir", - deyə ekspert qeyd edib.

Врач в перчатках держит стетоскоп, фото из архива - Sputnik Azərbaycan, 1920, 28.12.2020
SƏHİYYƏ
İcbari tibbi sığorta pilot layihənin taleyini yaşayacaq?

Onun sözlərinə görə, icbari tibbi sığortanın xidmətlər zərfinə daxil olan xidmətlərin sayının mərhələli şəkildə artırılması anlaşılandır: "İcbari tibbi sığorta haqlarının yığımları artdıqca, müştəri bazası genişləndikcə xidmətlərin sayı daha da arta bilər. Ümumilikdə xidmətlərin keyfiyyətinin daha da artırılması yaxşı olardı. İcbari tibbi sığortanın bu ilin sonunadək mərhələli şəkildə bütün ölkə ərazisində tətbiq edilməsi nəzərdə tutulur".

"Tibbi xidmətlər üzrə xərcin müəyyən qismini icbari tibbi sığorta fondu, müəyyən qismini isə vətəndaşın özü kompensasiya edir. Bu, dünya təcrübəsində də belədir. Birmənalı şəkildə bütün xərclərin ödənilməsi problemlərə gətirir, sığorta mexanizmindən sui-istifadə halları yaranır. Bəzi hallarda 100 faiz sığorta yalnız könüllü sığorta şirkətləri tərəfindən həyata keçirilir. Burada belə xərcin ən az 5 faizi vətəndaşın üzərinə qoyulur", - deyə o əlavə edib.

Xəbər lenti
0