18:40 13 Aprel 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0220
  • EUR2.0215
SƏHİYYƏ
Qısa URL
622 0 0

Dietoloqun fikrincə, meyvə və giləmeyvələr arasında qara üzüm və qarağat kimi tünd rəngə malik olanları seçmək lazımdır.

BAKI, 7 fevral - Sputnik. Dietoloq Hanna Brey beyin sağlamlığını qorumağa imkan verən və demensiya riskini azaltmağa kömək edən qidalar barədə danışıb. Sputnik Azərbaycan bu barədə Express-ə istinadən xəbər verir.

Mütəxəssisin sözlərinə əsasən, koqnitiv funksiyaların qorunması üçün ən yaxşısı Aralıq dənizi pəhrizidir. Bu pəhrizdə meyvə-tərəvəzə, zeytun yağlı salatlara, həmçinin Omeqa-3-lə zəngin balığa üstünlük verilir.

Brey qeyd edir ki, beyin "sərbəst radikalların və stresin dağıdıcı təsirinə qarşı zəifdir", ona görə də mümkün qədər çox antioksidant yemək vacibdir. Belə ki, meyvə və giləmeyvələr arasında qara üzüm və qarağat kimi tünd rəngə malik olanları seçmək lazımdır.

Bundan əlavə, dietoloq qidaya yoğurt, qatıq, kələm və göbələk kimi ərzaqları qatmağı məsləhət görüb. Həmçinin həkim qanda şəkərin miqdarını izləməyi və yeməyə qanda şəkərin miqdarını azaldan darçın əlavə etməyi tövsiyə edir.

Əsas mövzular