22:58 26 Fevral 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0229
  • EUR2.0661
SƏHİYYƏ
Qısa URL
Azərbaycanda COVID-19 əleyhinə vaksinasiya (34)
53 0 0

Nazirlər Kabineti yanvarın 18-dən indiyədək ölkədə COVID-19 əleyhinə peyvənd olunanların sayını açıqlayıb. Dünən isə Azərbaycana vaksinin növbəti partiyası gətirilib

BAKI, 6 fevral - Sputnik. Ötən gün Azərbaycana daha 648 000 doza koronavirus peyvəndi gətirilib.

Sputnik Azərbaycan bildirir ki, bu barədə Nazirlər Kabineti məlumat verib. Bildirilib ki, indiyədək ölkəyə cəmi 848 min doza vaksin gətirilib.

Həmçinin ölkədə koronavirusa qarşı peyvənd olunanların sayı da açıqlanıb - 65 min nəfər

Qeyd edək ki, yanvarın 18-dən etibarən Azərbaycanda COVID-19 infeksiyasına qarşı vaksinasiya prosesi başlayıb. Fevralın 8-dən isə Azərbaycanda 65 yaşdan yuxarı şəxslər COVID-19 infeksiyasına qarşı vaksinasiya olunacaqlar.

Mövzu:
Azərbaycanda COVID-19 əleyhinə vaksinasiya (34)
Teqlər:
Azərbaycan, Sinovac Biotech, vaksinasiya, vaksin, Koronavirus, epidemiya, COVID-19

Əsas mövzular