Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Tarif Şurası 50 dərman vasitəsinin qiymətini təsdiqlədi - SİYAHI

© AFP 2023 / LOIC VENANCEТаблетки, фото из архива
Таблетки, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Tarif Şurası ümumilikdə 12442 dərman vasitəsinin qiymətini təsdiq edib. Dərmanların siyahısı ilə təqdim olunan linkdən tanış olmaq mümkündür

BAKI, 31 yanvar. Bu gün Tarif Şurasının növbəti iclası keçirilib, aidiyyəti qurumların müraciətlərinə baxılıb və müvafiq qərarlar qəbul edilib.

Таблетки, фото из архива - Sputnik Azərbaycan
SƏHİYYƏ
Azərbaycanda dərman fabrikləri qurulacaq, amma xeyli "əmması" var

Sputnik Azərbaycan-ın məlumatına görə, iclasda suyun qiymətinin artırılması ilə yanaşı, yeni dövlət qeydiyyatına alınan 50 dərman vasitəsinin qiyməti də təsdiq edilib.

Ticarət adı, farmasevtik forması, təsiredici maddəsinin adı, dozası, ticarət qablaşdırması, qablaşdırma miqdarı, istehsal ölkəsi nəzərə alınmaqla indiyədək topdan və pərakəndə satış qiymətləri və qüvvəyə minmə tarixi təsdiq edilən 12442 dərman vasitəsinin tam siyahısı Tarif (qiymət) Şurasının rəsmi internet saytının “Dərman vasitələri” bölməsində yerləşdirilib.

Xəbər lenti
0