12:19 06 Mart 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0228
  • EUR2.0327
SƏHİYYƏ
Qısa URL
27 0 0

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 5 nəfər vəfat edib.

BAKI, 27 yanvar — Sputnik. Azərbaycanda son sutkada koronavirusa 226 yeni yoluxma faktı qeydə alınıb, 601 nəfər müalicə olunaraq sağalıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 5 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 229584 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 221717 nəfər müalicə olunaraq sağalıb, 3105 nəfər vəfat edib, aktiv xəstə sayı 4762 nəfərdir.

Ölkədə son sutka ərzində 7458, hazırkı dövrədək isə 2380074 test aparılıb.

Teqlər:
Nazirlər Kabineti yanında Operativ Qərargah, Operativ Qərargah, Koronavirus, epidemiya, COVID-19

Əsas mövzular