07:46 28 Fevral 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0229
  • EUR2.0661
SƏHİYYƏ
Qısa URL
21711

Halbuki Danimarka şüşədə artıq qalan 6-cı doza ilə 250 mindən çox şəxsin peyvənd olunduğu barədə məlumat verib. Niderland isə artıq qalan vaksin preparatı sayəsində 39 mindən çox səhiyyə işçisinin peyvənd olunduğunu açıqlayıb.

BAKI, 20 yanvar — Sputnik. Bəzi Avropa ölkələri “Pfizer/BioNTech” peyvəndinin şüşədəki dozadan daha az miqdarından istifadə edir. Sputnik Azərbaycan bu barədə Türkiyənin NTV kanalına istinadla məlumat yayıb.

Dünyanın bir sıra yoxsul ölkələrinin koronavirus peyvəndindən məhrum olduğu bir vaxtda Fransa, Almaniya və İsveçrədə şüşədə artıq qalan bir doza dərmanın zibilliyə atılması narazılıqla qarşılanıb.

Qeyd edək ki, bir qədər əvvəl türk alimi Uğur Şahinin ortaq qurucusu olduğu "Pfizer" beş dozalıq dərman şüşələrinin içindən bəzən altı dozalıq peyvənd preparatı çıxa biləcəyi barədə xəbərdarlıq etmişdi. Amerikanın Qida və Dərman Vasitələrinə Nəzarət İdarəsi və Avropa Dərman Agentliyi isə bu əlavə dozadan istifadə olunmasını tövsiyə etmişdi.

Artıq Fransa peyvənd şüşələrindən dozadan artıq preparat çıxdığını, bir millilitrlik şprislərin olmaması səbəbindən isə artıq qalan dərmanı zibil qutusuna atmaq məcburiyyətində olduqlarını etiraf edib. Almaniya da əksər tibb müəssisələrində belə şprislərin mövcud olmadığını bildirib. Halbuki Danimarka şüşədə artıq qalan 6-cı doza ilə 250 mindən çox şəxsin peyvənd olunduğu barədə məlumat verib. Niderland isə artıq qalan vaksin preparatı sayəsində 39 mindən çox səhiyyə işçisinin peyvənd olunduğunu açıqlayıb.

Məlumat üçün bildirək ki, Azərbaycan Çinin "Sinovac" şirkətinin hazırladığı "CoronaVac" vaksini alıb. Səhiyyə Nazirliyindən verilən açıqlamaya görə, bu peyvəndləri almağımıza səbəb onun saxlama şərtlərinin ölkəmiz üçün əlçatan olmasıdır. 

Səhiyyə Nazirliyinin nəzdində fəaliyyət göstərən koronavirusla (COVID-19) mübarizə işçi qrupunun üzvü Günay Quluzadənin sözlərinə görə, bu peyvəndləri təhlükəsiz və soyuq şəraitdə saxlamaq lazımdır. Hər bir peyvəndin özünün saxlanma şərtləri var. Bəzi COVID-19 peyvəndləri -20, bəziləri -70 dərəcə saxlanma şərtləri tələb edir. Azərbaycanda tətbiq olunan "Sinovac" şirkətinin hazırladığı "CoronaVac" vaksininin saxlama temperaturu isə sadədir. Onu 2-8 dərəcədə üç ilə qədər saxlamaq mümkündür.

"Vaksinin Türkiyədəki kliniki sınaq nəticələrinə əsasən, onun virusla mübarizədə 91,25 faiz effektiv olduğu müəyyən edilib. İnaktiv üsula görə hazırlanan bu peyvənddə yoluxucu xüsusiyyətini itirmiş virus bədənə verilir və bədənin xəstəlikdən immunitet qazanması hədəflənir. "CoronaVac" vaksini ənənəvi, etibarlı və sınanmış inaktiv platformada hazırlanır. Yüksək qoruyuculuq və uğurlu sınaq nəticələri var. Saxlanma şəraiti, çatdırılma və tətbiq şərtləri, "soyuq zəncir" sistemi tələbi əlverişlidir. Ölkəmizdə illər boyu mövcud olan infrastruktur imkan verir ki, bu vaksinləri ölkənin ən ucqar nöqtəsinə çatdırıb, tətbiq edək", - deyə nazirliyin nümayəndəsi bildirib. 

Avropa istehsalı olan peyvəndlərin niyə alınmaması barədə suala isə verilən rəsmi cavab bundan ibarətdir ki, -20, bəzənsə -70 dərəcə saxlanma şərtləri tələb edən bu peyvəndləri saxlamağa Azərbaycanda şərait yoxdur. Anlaşılan budur ki, həmin peyvəndləri almamaqla əslində Azərbaycan pula və itkiyə xeyli qənaət edib. 

Artıq bir sıra ölkələr şüşədə qalan artıq dozanın əlavə problem yaratdığı barədə istehsalçı şirkətlərə məlumat göndəriblər. Əgər atılacaq doza ilə bağlı problem aradan qaldırılsa, Avropa şirkətlərinin peyvəndləri nisbətən kasıb ölkələrin vətəndaşları üçün də əlçatan ola bilər. 

Əsas mövzular