Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Koronavirusu gözlərdən belə müəyyən etmək olacaq

© Sputnik / İgor Onuchin / Mediabanka keçidGöz həkimi
Göz həkimi - Sputnik Azərbaycan
Abunə olmaq
Alimlərin fikirncə, qaşınma və işığa dözümsüzlük bir çox xəstəliyin əlaməti olsa da, əksər hallarda bu yeni növ koronavirusun əlaməti kimi ortaya çıxır.

BAKI, 20 yanvar — Sputnik. Böyük Britaniya alimləri tədqiqatlar apararaq koronavirus zamanı insan gözündə yaranan əlamətləri aşkarlayıblar. Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, bu əlamətlərdən biri Günəş və ya süni işığa məruz qaldıqda, xüsusən də kompüter ekranlarına və mobil cihazların ekranlarına baxan zaman narahatlığın yaranmasıdır.

Alimlərin fikirncə, qaşınma və işığa dözümsüzlük bir çox xəstəliyin əlaməti olsa da, əksər hallarda bu yeni növ koronavirusun əlaməti kimi ortaya çıxır.

Tədqiqat zamanı mütəxəssislər müəyyən ediblər ki, hətta korlar belə koronavirusa yoluxduqları zaman gözlərində narahatlıq hiss edirlər.

Bir müddət əvvəl isə Uhan oftalmoloqları koroanvirusun təkcə ağciyər və selikli qişa hüceyrələrini deyil, eyni zamanda, göz toxumalarını da yoluxdura biləcəyini açıqlamışdı.

Mütəxəssislər koronavirus infeksiyasına yoluxan qadının gözlərinin hüceyrələrində SARS-CoV-2 hissəciklərinin protein qabığının qırıqlarını tapıblar. Bundan sonra qadında ciddi görmə problemləri meydana gəlib.

Xəbər lenti
0