CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Mərkəzi Qan Bankı vətəndaşlara müraciət etdi

© AFP 2023 / ISSOUF SANOGOПакеты с человеческой кровью, фото из архива
Пакеты с человеческой кровью, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Mənfi 1, 2 və 4-cü qan qrupları üzrə ehtiyatlar demək olar ki, tükənmək üzrədir. 18-65 yaşında çəkisi 50 kiloqramdan çox olan hər kəs donor ola bilər.

BAKI, 18 yanvar — Sputnik. Hazırda ölkəmizdə müsbət qan qrupları üzrə kifayət qədər ehtiyat olsa da, mənfi qan ehtiyatı ilə əlaqədar vəziyyət narahatlıq doğurur. Mərkəzi Qan Bankı bununla əlaqədar vətəndaşlara müraciət edib. Sputnik Azərbaycan-ın məlumatına görə, Qan Bankının müdiri Qumral Ələkbərova deyib: "Azərbaycanda 1500-dən çox qan transfuziya olunan xəstə var və iki-üç həftədən bir onlara qan köçürülür. Bundan başqa, irsi qan xəstəliyindən əziyyət çəkənlər də var. Qan daimi ehtiyacdır və alınan qandan 42 gün ərzində istifadə edilməlidir. Qan preparatlarını başqa heç bir maddədən almaq mümkün deyil və ona görə könüllü donorlara həmişə ehtiyac var".

Onun verdiyi məlumata görə, COVID-19 infeksiyasına yoluxanların da bəzi hallarda qana olan ehtiyacı Mərkəzi Qan Bankı tərəfindən ödənilir. Ona görə də vəziyyət bir qədər də dəyişib: "Hər donorun qanından üç nəfər üçün qan komponenti hazırlanır və bu, üç xəstənin həyatını xilas etmək deməkdir. COVID-19 xəstəliyinə yoluxanlar sağalandan 28 gün sonra qan verə bilərlər".

Mənfi 1, 2 və 4-cü qan qrupları üzrə ehtiyatlar demək olar ki, tükənmək üzrədir. 18-65 yaşında çəkisi 50 kiloqramdan çox olan hər kəs donor ola bilər. Hər donordan normaya uyğun olaraq 450 millilitr qan alınır. Lakin onu da qeyd etmək lazımdır ki, bəzi dərmanların qəbulu zamanı qan vermək olmaz".

Xəbər lenti
0