08:11 24 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0230
  • EUR2.0695
SƏHİYYƏ
Qısa URL
Yeni tip koronavirus pandemiyası (586)
35 0 0

Gələn həftə bütün yan təsirlər barədə tam hesabat dərc olunacaq və bundan belə hər həftə müntəzəm olaraq cəmiyyətə müvafiq qaydada məlumat veriləcək

BAKI, 14 yanvar - Sputnik. Fransada  Pfizer və BioNTech şirkətlərinin koronavirus əleyhinə peyvəndləri vurulduqdan sonra altı insanda ciddi yan təsirlər aşkarlanıb.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, bu barədə Dərman Təhlükəsizliyi üzrə Milli Agentlik məlumat yayıb. Qurumun məlumatına görə, dörd halda allergik reaksiya, iki halda taxikardiya müşahidə olunub. Həmçinin qocalar evinin sakininin bu peyvəndlərdən biri vurulduqdan sonra dünyasını dəyişdiyi də məlumatlar arasındadır. Həmin yaşlı adam vaksin vurulduqdan iki saat sonra keçinib. Ancaq onda vaksindən sonra heç bir allergik reaksiya müşahidə olunmadığından ölümü ilə vaksin arasında əlaqə olmadığı deyilir. 

Peyvəndləmədən sonra daha 30 şəxsdə yüngül yan təsirlər müşahidə olunub. Agentlik bildirib ki, gələn həftə bütün yan təsirlər barədə tam hesabat dərc olunacaq və bundan belə hər həftə müntəzəm olaraq cəmiyyətə müvafiq qaydada məlumat veriləcək.

 

Mövzu:
Yeni tip koronavirus pandemiyası (586)
Teqlər:
reaksiya, vaksinasiya, vaksin, Koronavirus, epidemiya, COVID-19

Əsas mövzular