17:17 19 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0230
  • EUR2.0562
SƏHİYYƏ
Qısa URL
9 0 0

Ermənistanda son gündə daha 12 nəfər ölüb. Ümumilikdə bu virusdan ölənlərin sayı 2963-ə çatıb. Xəstəlikdən sağalanların sayı 151849 nəfər olub.

BAKI, 14 yanvar — Sputnik. Ermənistanda koronavirusa yoluxanların sayı 163567-yə çatıb. Sputnik Ermənistan xəbər verir ki, bu barədə Ermənistanın Xəstəliklərə Nəzarət və Profilaktika üzrə Milli Mərkəzinin yaydığı məlumatda bildirilib.

Məlumatda qeyd olunub ki, bir gündə bu virusa yoluxanların sayı daha 448 nəfər artıb.

Ermənistanda son gündə daha 12 nəfər ölüb. Ümumilikdə bu virusdan ölənlərin sayı 2963-ə çatıb. Xəstəlikdən sağalanların sayı 151849 nəfər olub. Hazırda bu ölkədə 8043 nəfər xəstəxanada müalicə alır.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 92,3 milyonu keçib, 1,97 milyondan çox adam isə virus səbəbi ilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Teqlər:
COVID-19, Koronavirus, test, Ermənistan

Əsas mövzular