18:54 20 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0230
  • EUR2.0562
SƏHİYYƏ
Qısa URL
16 0 0

Səhiyyə Nazirliyi Psixi Sağlamlıq Mərkəzinin rəhbəri Fuad İsmayılov: "Müharibə dövründə hərbiçilərimizdə ən çox rast gəlinən psixoloji hal kəskin stress reaksiyası olub".

BAKI, 12 yanvar — Sputnik. Müharibədə iştirak etmiş hərbiçilərdə ən çox rast gəlinən psixoloji hal açıqlanıb. Sputnik Azərbaycan-ın məlumatına görə, Səhiyyə Nazirliyi Psixi Sağlamlıq Mərkəzinin rəhbəri Fuad İsmayılov bildirib ki, müharibə dövründə hərbiçilərimizdə ən çox rast gəlinən psixoloji hal kəskin stress reaksiyası olub:

"Stress reaksiyalarının yaranmasında və ağırlığında şəxsin fərdi təsirlənmə və özünü idarə etmək qabiliyyəti böyük əhəmiyyətə malikdir. Əlamətlər tipik qarışıq və dəyişkən mənzərə ilə müşayiət olunur. Düşüncə və diqqət sferasının daralması, qıcıqlandırıcıları tam dərk etməyin qeyri-mümkünlüyü ilə ilkin "heyrət" halından ibarətdir. Bu hal ətraf situasiyadan "uzaqlaşma" (dissosiativ stupor halına qədər) və ya yüksək aktivliklə (uçuş və ya fuqa reaksiyası) müşayiət oluna bilər. Bu zaman adətən həyəcanın əlamətləri də (taxikardiya, həddən artıq tərləmə, qızarma) mövcud olur. Şəxsdə stress hadisəyə qarşı hissəvi və ya tam amneziya da baş verə bilər".

İsmayılovun sözlərinə görə, hərbiçilərin və əsgərlərin çoxunda kəskin stress reaksiyası əlamətləri kimi qıcıqlılıq, yuxusuzluq, "fleşbeklər" (müharibə görüntülərini dəfələrlə parlaq təəssüratlarla yaşama), səsə qarşı kəskin oyanıqlıq, emosional dəyişik reaksiyalar (müalicə aldıqları müddətdə döyüş və şəhid xəbərlərinə qarşı həssaslıq), mutizm (qısa müddətli nitqin itməsi) və müxtəlif psixosomatik şikayətlər olub.

 

Əsas mövzular