14:51 17 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0232
  • EUR2.0652
SƏHİYYƏ
Qısa URL
18 0 0

Ağız xərçəngi kişilərdə qadınlardan iki dəfə daha çox inkişaf edir. Bu onkoloji xəstəliyə ən çox həssas olan xəstələr kateqoriyası 40 yaşdan yuxarı kişilərdir.

BAKI, 11 yanvar — Sputnik. Dodaqların davamlı uyuşması ağız xərçənginin göstəricisi ola bilər.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, uyuşma hissi bütün ağızda və ya dodaqlarda ola bilər. Bu, xərçəng hüceyrələrinin bədənin həmin hissəsindəki sinirlərə və qan damarlarına zərər verdiyi zaman baş verir.

Diqqət yetirilməsi lazım olan digər ağız xərçəngi simptomları bunlardır:

- Dil və ya ağız nahiyəsində ağrı və ya qıcıqlanma

- Ağızda və ya dodaqlarda qırmızı və ya ağ ləkələr

- Dil və ağızda qalın ləkələr

- Çənə ağrısı

- Çeynəmə və ya udmaqda çətinlik.

Ağızdakı bəzi xərçənglər ağ lövhə və ya xora kimi başlayır.

Bu xərçəngə nəyin səbəb olduğu dəqiq bilinməsə də xəstəliyin riskini artıran amillər var.

Tədqiqatlar göstərir ki, İngiltərədə bu xəstəliyin 60%-dən çoxu siqaret çəkməkdən qaynaqlanır. Passiv siqaret çəkənlərdə də xərçəng riski yüksək olur. Bundan əlavə, ağız şişləri hallarının təxminən 30%-i spirt istehlakından qaynaqlanır.

Ağız xərçəngi kişilərdə qadınlardan iki dəfə daha çox inkişaf edir. Bu onkoloji xəstəliyə ən çox həssas olan xəstələr kateqoriyası 40 yaşdan yuxarı kişilərdir.

Böyük Britaniya sağlamlıq xidməti dodaq uyuşması da daxil olmaqla qeyri-adi simptomlara diqqət yetirməyi tövsiyə edir.

Məlumata görə, bu, xərçəngin erkən aşkarlanması və sağalma şansını 50-90%-ə qədər artıra bilər.

 

Teqlər:
əlamət, onkologiya, xərçəng

Əsas mövzular