07:13 24 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0230
  • EUR2.0695
SƏHİYYƏ
Qısa URL
68 0 0

Bugünkü müharibə mikroskopik virusa qarşıdır. Sabah isə kiberfəzada terrorçulara qarşı müharibə başlaya bilər

BAKI, 11 yanvar - Sputnik. BMT-nin baş katibi Antonio Quterreş cari ili 1945-ci illə müqayisə edib. Çünki bu gün "koronavirusla müharibə gedir".

Sputnik Azərbaycan bildirir ki, bu barədə RİA Novosti yazır.

"Bu gün biz elə bir an yaşayırıq ki, sanki 1945-ci ildəyik... Bugünkü müharibə mikroskopik virusa qarşıdır. Sabah isə kiberfəzada terrorçulara qarşı müharibə başlaya bilər", - baş katib söyləyib.

O vurğulayıb ki, dünya iqlim dəyişikliyi ilə mübarizədə də uduzur. 

Dünyada pandemiya başlayandan 90 milyondan çox insan koronavirusa yoluxub, 64 milyon insan sağala bilib, 1,9 milyondan çox xəstə isə dünyasını dəyişib. 

Teqlər:
müharibə, Koronavirus, epidemiya, COVID-19, BMT

Əsas mövzular