10:50 28 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0224
  • EUR2.0554
SƏHİYYƏ
Qısa URL
Yeni tip koronavirus pandemiyası (591)
5001

İnstitutun məlumatına görə, "yeni mutasiya yüksək yoluxuculuğa görə narahatlıq yaradan mutasiyalara (Böyük Britaniya və CAR-dakı - red.) qismən bənzəyir". 

BAKI, 10 yanvar - Sputnik. Yaponiyanın İnfeksion Xəstəliklər üzrə Milli İnstitutunun mütəxəssisləri koronavirusun yeni mutasiyasını aşkarladıqlarını deyirlər. Onun Böyük Britaniya və Cənubi Afrika Respublikalarında yayılan mutasiyalara bənzər cəhətləri də var. 

Spitnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, yeni ştamm ölkəyə Braziliyadan gələn 4 nəfərdə aşkarlanıb.

Bildirilir ki, həmin şəxslər Yaponiyaya yanvarın 2-də gəliblər, ştamm isə dörd gün sonra aşkarlanıb.

İnstitutun məlumatına görə, "yeni mutasiya yüksək yoluxuculuğa görə narahatlıq yaradan mutasiyalara (Böyük Britaniya və CAR-dakı - red.) qismən bənzəyir". 

Dəqiqləşdirilir ki, yeni ştammda çıxıntı zülalının kontakt hissəsində N501Y mutasiyası aşkarlanıb, bu, həm Böyük Britaniya, həm də CAR-dakı mutasiyalarda da var. Həmçinin yalnız CAR mutasiyasında rast gəlinən E484K mutasiyası da mövcuddur. Ancaq yeni mutasiyada aminturşuların bəzi pozisiyalarda "tökülməsi" halı yoxdur. 

Ümumiyyətlə, yapon mütəxəssislər hələ yeni mutasiya barədə o qədər də məlumatlı deyillər: genlərin nukleotid ardıcıllığı barədə informasiya ilə məhdudlaşdıqlarından virusun patogenliyi, yoluxma qabiliyyəti, aşkarlanma metodu və vaksinə qarşı davamlılığı barədə bir söz deyə bilmirlər.

Yaponiya KİV-lərinin məlumatına görə, hazırda yoluxanlardan 40 yaşlarında kişi nəfəs darlığı problemi ilə xəstəxanaya yerləşdirilib, qadının boğazı və başı ağrıyır, uşağın isə hərarəti çoxdur. Dördüncü şəxsdə isə koronavirus simptomsuzdur. 

Dekabrın ortalarında Böyük Britaniyada koronavirusun 70% daha sürətli yoluxma qabiliyyətli mutasiyası aşkarlandı və karantin tədbirləri xeyli sərtləşdirildi. 

501.V2 ştammı isə hələ oktyabrda Cənubi Afrikada aşkarlanmışdı. Hazırda bu mutasiya CAR-da dominantdır. O da Böyük Britaniyadakı kimi yüksək yoluxuculuğa malikdir.

Mövzu:
Yeni tip koronavirus pandemiyası (591)
Teqlər:
Braziliya, Yaponiya, mutasiya, Koronavirus, epidemiya, COVID-19

Əsas mövzular