14:17 19 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0230
  • EUR2.0562
SƏHİYYƏ
Qısa URL
Azərbaycanda koronavirus: son xəbərlər (390)
47411

"Elə vətəndaş var ki, Çinin istehsalı olan vaksini yox, Almaniyanın istehsalı olan vaksini istəyəcək. Vətəndaş da istədiyi vaksini alıb vurdura biləcək".

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 7 yanvar — Sputnik. Azərbaycanda koronavirusa görə vaksinlərin alınıb ölkəyə gətirilməsində özəl sektora da şərait yaradılmalıdır. Bu sözləri Sputnik Azərbaycan-a açıqlamasında Milli Məclisin Sosial siyasət komitəsinin sədri Musa Quliyev bildirib. O bildirib ki, hər şeyi dövlət öz üzərinə götürməli deyil: "Strateji məsələlərdə, təbii ki, dövlətin tənzimləyici rolu çox mühümdür.

Azərbaycan bazar iqtisadiyyatı yolu ilə inkişaf edən ölkədir. Bazar iqtisadiyyatı da bizim iqtisadi və sosial siyasətimizin kökündə dayanan vacib prinsiplərdən biridir. Bazar iqtisadiyyatına və Konstitusiyamıza görə, mülkiyyət arasında bir fərq yoxdur. Dövlət, özəl və bələdiyyə mülkiyyətləri bərabərdir. Bizim qanun və imtiyazlarımız da hamısına şamil olunmalıdır. Dövlət müəssisələrinə hansı səlahiyyət və imtiyazlar verilirsə, özəl sektora da bu imkanlar yaradılmalıdır. Dövlət vaksin üçün yəqin ki, bir şirkətlə müqavilə bağlayıb, o şirkətin peyvəndini alacaq. Bunu öz hesabına könüllü şəkildə vətəndaşlar üçün edəcək. Biz özəl sektora imkan, dəstək verməliyik ki, onlar başqa şirkətlərin vaksinlərini alıb gətirə bilsin. Bu da vətəndaşa vaksinlə bağlı seçim imkanı yaradacaq. Elə vətəndaş var ki, Çinin istehsalı olan vaksini yox, Almaniyanın istehsalı olan vaksini istəyəcək. Vətəndaş da istədiyi vaksini alıb vurdura biləcək. Bu seçim imkanı yaratmaqla rəqabətliliyi də təmin edəcək".

M.Quliyev həmçinin bildirib ki, vaksinlərin ölkəmizə alınıb gətirilməsi üçün qeydiyyat və sənədləşmə məsələləri də sadələşdirilməlidir:

"Vaksin dərman vasitəsidir. Onun ölkəyə gətirilməsi üçün müəyyən sənədləşmə işi aparılmalıdır. Bu qeydiyyat prosedurunu dövlətin müvafiq qurumları sadələşdirməlidir ki, özəl sektor da qısa müddətə vaksin gətirə bilsin".

Deputatın sözlərinə görə, Azərbaycana 4 milyon doza vaksin gətiriləcək və bütövlükdə vaksinasiya dövrü fevral ayından gec olmayaraq başlayacaq.

Qeyd edək ki, bu gün koronavirusa görə vaksinlərin alınması ilə bağlı məsələlərə Prezident İlham Əliyev 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda müşavirədə çıxışı zamanı da toxunub: "Ümid edirik ki, peyvənd bu ay ərzində Azərbaycana gətiriləcək. Hər halda bütün kontraktlar imzalandı. Peyvəndin bir qədər gec gətirilməsi bizdən asılı deyil. Ondan sonra insanlar kütləvi qaydada bu peyvənddən istifadə edəcək və canımız bu xəstəlikdən qurtaracaq".

Mövzu:
Azərbaycanda koronavirus: son xəbərlər (390)
Teqlər:
dövlət, özəl klinika, bazar iqtisadiyyatı, vaksinasiya, vaksin, Koronavirus, epidemiya, COVID-19

Əsas mövzular