16:22 23 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0230
  • EUR2.0695
SƏHİYYƏ
Qısa URL
89 0 0

Getdikcə daha çox araşdırmalar göstərir ki, pandemiya çox yəqin ki, dünyanın müxtəlif yerlərindəki ayrı-ayrı xəstəlik ocaqları tərəfindən yaradılıb.

BAKI, 3 yanvar - Sputnik. Çoxsaylı araşdırmalar göstərir ki, pandemiya planetin müxtəlif bölgələrindəki ayrı-ayrı xəstəlik ocaqları tərəfindən yaradılıb, Çin isə sadəcə yeni koronavirusun aşkar edilməsi barədə məlumat verən ilk ölkə olub. Bu barədə Çinin xarici işlər naziri Van İ öz müsahibəsində deyib.

"Biz zamanla yarışa girmişdik və dünyaya yoluxma halları barədə məlumat verən birinci ölkə olduq. Getdikcə daha çox araşdırmalar göstərir ki, pandemiya çox yəqin ki, dünyanın müxtəlif yerlərindəki ayrı-ayrı xəstəlik ocaqları tərəfindən yaradılıb", - o bildirib.

Van İ qeyd edib ki, Çin COVID-19-la mübarizədə beynəlxlaq əməkdaşlığın kökündə olub və qlobal sinerjinin formalaşmasına təsir göstərib. "Faktların obyektiv təqdim olunması və pandemiya ilə mübarizədə kollektiv yaddaşın yalana məruz qalmaması üçün biz qətiyyət göstərmişik", - çinli nazir əlavə edib.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Hazırda 85 milyon 247 min 909 nəfər bu virusa yoluxub, 1 milyon 847 min 819 nəfər isə koronavirusdan ölüb.

Əsas mövzular