15:00 17 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0232
  • EUR2.0652
SƏHİYYƏ
Qısa URL
Yeni tip koronavirus pandemiyası (579)
1210

Hələlik AstraZeneca-nın peyvəndinin vurulma qaydası müəyyənləşməyib, lakin birinci və ikinci dozanın iynələri arasında 12 həftə keçməlidir

BAKI, 30 dekabr — Sputnik. Böyük Britaniya "AstraZeneca" və Oksford Universitetinin vaksinini təsdiqləyib. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə "Reuters" Böyük Britaniyanın Səhiyyə Nazirliyinə istinadən məlumat yayıb.

Britaniyanın səhiyyə naziri Mett Henkok bəyan edib ki, bu ölkədə yanvarın 4-dən vaksinasiyaya başlamaq planlaşdırılır.

Hələlik AstraZeneca-nın peyvəndinin vurulma qaydası müəyyənləşməyib, lakin birinci və ikinci dozanın iynələri arasında 12 həftə keçməlidir. Henkok ümid edir ki, Britaniya əhalisinin böyük hissəsi preparatı yaza qədər vurduracaq ki, bu da COVID-19 pandemiyası ilə mübarizəni daha da sürətləndirəcək.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 81,9 milyonu keçib, 1,78 milyondan çox adam isə virus səbəbi ilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Mövzu:
Yeni tip koronavirus pandemiyası (579)

Əsas mövzular