Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Almaniyanın bəzi bölgələrində koronavirusa qarşı peyvəndləmədən imtina edilib

© Sputnik / Vladimir Pesnya / Mediabanka keçidВакцинация добровольцев против COVID-19 в Москве
Вакцинация добровольцев против COVID-19 в Москве - Sputnik Azərbaycan
Abunə olmaq
Peyvəndin daşındığı qutularda temperatur xüsusi protokolun tələblərinə uyğun olmayıb. Buna görə həmin bölgənin sakinləri peyvənd olunmaqdan imtina ediblər.

BAKI, 28 dekabr - Sputnik. Almaniyanın Bavariya şəhərinin 9 rayonunda “Pfizer/BioNTech” şirkətinin koronavirusa qarşı peyvəndləri ilə bağlı əhali arasında narazılıqlar yaranıb. 

APA xəbər verir ki, narazılıqlar peyvəndin daşınması üçün texniki tələblərə uyğun çatışmazlıqlar səbəbindən baş verib. 

Bu səbəbdən səlahiyyətlilər bazar günü nəzərdə tutulmuş peyvəndləməni təxirə salmaq məcburiyyətində qalıb.

Bildirilib ki, peyvəndlərin istehsal məntəqələrindən müvafiq yerlərə çatdırılması 70 dərəcə Selsidə quru buz dolablarında 5-15 gün ərzində çatdırılması təmin edilməlidir.

Lakin peyvəndin daşındığı qutularda temperatur xüsusi protokolun tələblərinə uyğun olmayıb. Buna görə həmin bölgənin sakinləri peyvənd olunmaqdan imtina ediblər.

Xəbər lenti
0