16:28 23 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0230
  • EUR2.0695
SƏHİYYƏ
Qısa URL
84 0 0

Azərbaycanda son sutkada 4471 nəfər COVID-19-dan sağalıb, 1519 nəfər yoluxub, 45 nəfər isə vəfat edib.

BAKI, 27 dekabr - Sputnik. Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1519 yeni yoluxma faktı qeydə alınıb, 4471 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sputnik Azərbaycan-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 45 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 214711 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 168971 nəfər müalicə olunaraq sağalıb, 2499 nəfər vəfat edib, aktiv xəstə sayı 43241 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11764, ötən müddət ərzində isə ümumilikdə .2153562 test aparılıb.

Əsas mövzular