21:18 17 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0232
  • EUR2.0652
SƏHİYYƏ
Qısa URL
28 0 0

Həkimin sözlərinə görə, peyvənd vurulduqdan 6-7 dəqiqə sonra xərçəngkimilərə reaksiyada olduğu kimi boğaz və dilində "gizilti və keyimə" hiss edib.

BAKI, 27 dekabr — Sputnik. ABŞ-da "Moderna" şirkətinin koronavirus əleyhinə qarşı peyvənddən ilk allergik reaksiya qeydə alınıb. Belə ki, bu hal xərçəngkimilərə allergiyası olan tibb işçisində olub. Bu barədə Sputnik Azərbaycan "CNN" telekanalına istinadən xəbər verir.

"Peyvənd vurulduqdan sonra taxikardiya hiss etdim, amma bunun narahatlıqdan qaynaqlandığını düşündüm – Mən ABŞ-da Pfizer-ə (şirkətin vaksininə) olan reaksiyalar, xüsusi ilə xərçəngkimilərə allergiyası olan şəxslərdə olan reaksiya barədə eşitdikdən sonra qorxurdum", - deyə telekanala açıqlamasında vaksinə allergik reaksiyası olmuş həkim Hüseyn Sədrzadə bildirib.

Onun sözlərinə görə, peyvənd vurulduqdan 6-7 dəqiqə sonra xərçəngkimilərə reaksiyada olduğu kimi boğaz və dilində "gizilti və keyimə" hiss edib. Bundan əlavə, həkimdə qan təzyiqi də aşağı düşüb. Bundan sonra həkim həyat üçün təhlükəli allergik reaksiya zamanı tətbiq olunan "EpiPen" preparatı vurub və o dərhal reanimasiyaya aparılıb. Dörd saat sonra isə o evə buraxılıb.

"Moderna" şirkətinin rəsmi təmsilçisi Rey Cordan isə şirkətin bu məlumatı təsdiqləyə bilməyəcəyini bildirib.

O, həmçinin qeyd edib ki, daxili təhlükəsizlik hesabat sistemi vasitəsilə şirkətdən potensial yan təsirləri barədə bir mesaj alıb və hadisəni araşdırdırır.

Əsas mövzular