18:09 17 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0232
  • EUR2.0652
SƏHİYYƏ
Qısa URL
Azərbaycanda koronavirus: son xəbərlər (390)
26 0 0

"Kompleks tədbirlər nəticəsində hər gün yoluxma sayında azalmalar, bəzən isə kəskin azalmalar müşahidə edilir"

BAKI, 26 dekabr — Sputnik. "Bir neçə gün öncəyə qədər Azərbaycanda koronavirusa yoluxanların sayı 4 mindən çox idi. Bu tendensiya bir-iki həftə davam etdi. Sanki bu, həmin dediyimiz pik vəziyyət idi. İndi pik vəziyyətdən sonra getdikcə azalmalar müşahidə edilir".

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyəti yanında Tibbi-elmi komitənin sədri Akif Qurbanov "Real tv"yə açıqlamasında deyib.

"Burada, sözsüz ki, görülmüş əks-epidemik tədbirlərin böyük əhəmiyyəti var. İnsanların da tələb olunan qayda-qanunlara riyaət etməsi, müəyyən qadağaların tətbiq olunması, müxtəlif müəssisələrin bağlanması, iş rejiminin məhdudlaşdırılması və s. kompleks tədbirlər nəticəsində hər gün yoluxma sayında azalmalar, bəzən isə kəskin azalmalar müşahidə edilir", - o bildirib.

Mövzu:
Azərbaycanda koronavirus: son xəbərlər (390)
Teqlər:
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi, azalma, Azərbaycan, Koronavirus, epidemiya, COVID-19

Əsas mövzular