CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İcbari tibbi sığortanın ƏDV-dən azad edilmə müddəti artırıldı

© AFP 2023 / JEAN-SEBASTIEN EVRARDСтетоскоп, фото из архива
Стетоскоп, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
İcbari tibbi sığorta fondunun vəsaiti hesabına tibbi xidmətlərin göstərilməsi 2020-ci il yanvarın 1-dən etibarən 2 il müddətinə ƏDV-dən azad edilir

 

BAKI, 26 dekabr — Sputnik. Prezident İlham Əliyev Vergi Məcəlləsinə dəyişiklik edilməsi haqqında qanunu imzalayıb. Sputnik Azərbaycan-ın məlumatına görə, dəyişikliklərə əsasən, icbari tibbi sığortanın əlavə dəyər vergisindən (ƏDV) azad edilməsi müddəti daha 1 il artırılıb.

Sənəddə qeyd olunub ki, "Tibbi sığorta haqqında" qanuna uyğun olaraq icbari tibbi sığorta fondunun vəsaiti hesabına tibbi xidmətlərin göstərilməsi 2020-ci il yanvarın 1-dən etibarən 2 il müddətinə ƏDV-dən azad edilir. Hazırda sözügedən müddət 1 il, yəni bu ilin sonuna qədərdir.

Xəbər lenti
0