20:58 17 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0232
  • EUR2.0652
SƏHİYYƏ
Qısa URL
Yeni tip koronavirus pandemiyası (579)
6 0 0

Əhali üzrə BMT fondunun 2020-ci ilin ortalarına olan məlumatına görə, dünyada 7,795 milyard insan var

BAKI, 23 dekabr — Sputnik. Dünyada hər yüz nəfərdən biri COVID-19 xəstəlinə yoluxub. Bu barədə Sputnik Azərbaycan Rusiya KİV-nə istinadən xəbər verir.

Məlumata əsasən, dünyada 77,95 milyon şəxs koronavirusa yoluxub ki, bu da dünya əhalisinin 1%-dən çoxdur.

Əhali üzrə BMT fondunun 2020-ci ilin ortalarına olan məlumatına görə, dünyada 7,795 milyard insan var. 

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 77,9 milyonu keçib, 1,71 milyondan çox adam isə virus səbəbi ilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Mövzu:
Yeni tip koronavirus pandemiyası (579)
Teqlər:
yoluxma, əhali, dünya, Koronavirus, epidemiya, COVID-19

Əsas mövzular