01:41 16 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0232
  • EUR2.0652
SƏHİYYƏ
Qısa URL
Azərbaycanda koronavirus: son xəbərlər (386)
68 0 0

R.Bayramlı qeyd edib ki, vaksinasiya pulsuz olacaq və vaksinasiya strategiyasında yer alan risk qruplarına tətbiq olunacaq

BAKI, 23 dekabr — Sputnik. İlk növbədə risk qrupuna daxil olan insanların COVID-19 virusuna qarşı vaksinasiyası aparılacaq. Sputnik Azərbaycan-ın məlumatına görə, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı "Real TV"yə müsahibəsində deyib.

Onun sözlərinə görə, bu gün ağır pandemiyadan qurtulmağın vaksinasiyadan başqa yolu yoxdur. Əhalinin maarifləndirilməsi üçün çoxlu sayda materialların hazırlanacağını və onların ictimiayyətlə paylaşılacağını nəzərə çatdıran R.Bayramlı qeyd edib ki, vaksinasiya pulsuz olacaq və vaksinasiya strategiyasında yer alan risk qruplarına tətbiq olunacaq.

Mövzu:
Azərbaycanda koronavirus: son xəbərlər (386)
Teqlər:
Azərbaycan, vaksinasiya, vaksin, Koronavirus, epidemiya, COVID-19

Əsas mövzular