14:49 18 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0231
  • EUR2.0516
SƏHİYYƏ
Qısa URL
Yeni tip koronavirus pandemiyası (579)
6301

"Əgər bəzi adamlar müdafiə vasitələrindən düzgün istifadə etmirlərsə, onların effektivliyini müəyyənləşdirmək çətindir"

BAKI, 20 dekabr – Sputnik. Maska taxmaqla koronavirus pandemiyasının qarşısını almaq mümkün deyil.

Sputnik Azərbaycan bildirir ki, bu fenomeni The Daily Mail-in rəyini soruşduğu alimlər izah ediblər.

Edinburq Universitetinin virusoloqu Pol Diqard xatırladıb ki, infeksiya hava-damcı yolu ilə yayılır. Əgər insan asqırır və ya öskürürsə, infeksiya havaya düşür. Virus hissəcikləri çox xırdadır və parçanı asanlıqla keçir. Ancaq virus iri su damcılarının içində olanda maneəni keçə bilmir.

Maskalar o zaman effektivdir ki, onları düzgün taxasan – yəni adamın ağzı da, burnu da örtülü olmalıdır. Bunu isə London Gigiyena və Tropik Tibb Məktəbinin professoru Cimmi Uitvort deyib. Əgər bəzi adamlar müdafiə vasitələrindən düzgün istifadə etmirlərsə, onların effektivliyini müəyyənləşdirmək çətindir.

“Biz maskaların hansı effekt verdiyini dəqiq bilmirik. Amma ağlımız diktə edir ki, onları taxmaq lazımdır”, - professor əlavə edib.

Bu ərəfədə amerikalı alimlər hansı maskaların pandemiya zamanı daha effektli olduğunu araşdırıblar. Tədqiqatın nəticələrinə görə, müxtəlif tip maskalar bir-birindən ciddi şəkildə fərqlənir. Beləliklə, virusdan ən yaxşı qoruyan N95 maskasıdır. İkinci yerdə bağları olan cərrahiyyə maskaları və üzərində neylon coraba oxşayan əlavə müdafiə qatı olan, rezin qulplu maskalardır.

Məişət maskaları sırasında ikiqat neylon maskalar daha effektlidir. Pambıq bandana, balaklava (yalnız göz və ağız yeri açıq olan baş geyimi, “oğru papağı” – red.) və poliesterdən olan maskalar isə yarıbayarı az qoruyur. Ən keyfiyyətsizlər isə toxunmamış polipropilendən olan və üçqat pambıq maskalar hesab olunub.

Mövzu:
Yeni tip koronavirus pandemiyası (579)
Teqlər:
Böyük Britaniya, effekt, yoluxma, alimlər, Koronavirus, epidemiya, COVID-19, maska

Əsas mövzular