18:40 20 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0230
  • EUR2.0562
SƏHİYYƏ
Qısa URL
Yeni tip koronavirus pandemiyası (581)
3910

Myasnikov ABŞ-ı “vaksin müharibəsi”ni dayandırmağa, diqqəti daha çox insanın canını almağa başlamış virusla mübarizəyə yönəltməyə çağırıb.

BAKI, 20 dekabr - Sputnik. Həkim və teleaparıcı Aleksandr Myasnikov Rusiyanın “Sputnik-V” və Amerikanın “Pfizer” şirkətinin koronavirus əleyhinə peyvəndlərini müqayisə edib.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, o, Rusiyanın preparatını “yoxlanılmamış” adlandıran həmkarlarını tənqid edib.  

“Mən onların (ABŞ-ın – red.) peyvəndinin “pis olması” barədə müzakirələrə qoşulmaq istəmirəm. Onlar kimi olmaq lazım deyil. Ancaq onlara güzgüyə baxmalarını məsləhət görmək lazımdır”, - Myasnikov Telegram kanalında yazıb.

Həkim qeyd edib ki, Pfizer çıx qısa müddətdə, tamamilə yeni bazada yaradılıb. “Sputnik-V” isə 2002-ci ilin bazası əsasında yaradılıb və bunun sələfləri insanlar üzərində kliniki sınaqlardan keçirilib.

Myasnikov ABŞ-ı “vaksin müharibəsi”ni dayandırmağa, diqqəti daha çox insanın canını almağa başlamış virusla mübarizəyə yönəltməyə çağırıb.

Mövzu:
Yeni tip koronavirus pandemiyası (581)
Teqlər:
fərq, vaksin, Pfizer, Sputnik-V peyvəndi, peyvənd, Koronavirus, epidemiya, COVID-19

Əsas mövzular