Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Azərbaycanda daha 45 nəfər koronavirusdan öldü

© AFP 2023 / JONATHAN NACKSTRANDТест на коронавирус, фото из архива
Тест на коронавирус, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Ölkəmizdə bir sutkada koronavirusa (COVID-19) 3962 yeni yoluxma faktı qeydə alınıb, 45 xəstə dünyasını dəyişib

BAKI, 18 dekabr — Sputnik. Azərbaycanda koronavirusa (COVID-19) 3962 yeni yoluxma faktı qeydə alınıb, 4188 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Sputnik Azərbaycan-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, 45 nəfər COVID-19-dan vəfat edib. Aktiv xəstə sayı 62037 nəfərə çatıb.

Ölkədə son sutka ərzində 15305, hazırkı dövrədək isə 2031308 test aparılıb. Ümumi ölənlərin sayı 2133 nəfərdir. Ümumi yoluxanların sayı 195422 nəfər, ümumi sağalanların sayı 131252 nəfərdir.

Xəbər lenti
0