23:24 16 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0232
  • EUR2.0652
SƏHİYYƏ
Qısa URL
15 0 0

Dəyişikliyə əsasən icbari tibbi sığorta fondunun vəsaiti hesabına tibbi sığorta xidmətlərinin göstərilməsi 2020-ci il yanvarın 1-dən 1 il deyil, 2 il müddətinə ƏDV-dən azad ediləcək.

BAKI, 18 dekabr — Sputnik. İcbari tibbi sığorta fondunun vəsaiti hesabına tibbi sığorta xidmətlərinin göstərilməsi daha 1 il əlavə dəyər vergisindən (ƏDV) azad edilir.

Sputnik Azərbaycan xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında Vergi Məcəlləsinə dəyişikliyə baxılıb.

Dəyişikliyə əsasən icbari tibbi sığorta fondunun vəsaiti hesabına tibbi sığorta xidmətlərinin göstərilməsi 2020-ci il yanvarın 1-dən 1 il deyil, 2 il müddətinə ƏDV-dən azad edilir.

Qeyd edək ki, mövcud qanunvericiliyə görə, icbari tibbi sığorta fondunun vəsaiti hesabına tibbi sığorta xidmətlərinin göstərilməsi 2020-ci il yanvarın 1-dən 1 il müddətinə ƏDV-dən azaddır. Dəyişikliyə əsasən, bu müddət daha bir il artırılır.

Dəyişiklik səsə qoyularaq qəbul edilib.

Əsas mövzular