15:52 17 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0232
  • EUR2.0652
SƏHİYYƏ
Qısa URL
26 0 0

“ÜST vaksinlərlə bağlı məsələni yaxından izləyir. ÜST vaksinlərin bir araya gətirib alınması və istifadəsi ilə bağlı tövsiyələri haqda yaxın vaxtlarda məlumat açıqlayacaq" - Hande Harmancı.

BAKI, 16 dekabr — Sputnik. "Virusun mənşəyinin əldə edilməsi üçün ilk gündən iş aparılır. Lakin koronavirusun mənşəyinin müəyyən edilməsi vaxt aparacaq".

Sputnik Azərbaycan-ın xəbərinə görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının Səhiyyə ilə bağlı Ehtiyacların Qiymətləndirilməsi Missiyasının yekunlarına dair media brifinqdə ÜST-ün Azərbaycandakı nümayəndəsi Hande Harmancı bildirib.

O vaksinlərlə bağlı da danışıb:

"ÜST vaksinlərlə bağlı məsələni yaxından izləyir. ÜST vaksinlərin bir araya gətirib alınması və istifadəsi ilə bağlı tövsiyələri haqda yaxın vaxtlarda məlumat açıqlayacaq. Qeyd edim ki, ÜST indiyə qədər vaksinlərlə bağlı gedişatdan razıdır, nəticələr çox müsbətdir. Hansı vaksin Azərbaycana gəlsə, faydalı olacağını düşünürük".

"Hazırda Azərbaycanda beynəlxalq vaksin planı hazırlanır. Biz də bu işdə texniki dəstək veririk. Planlar hazırlanandan sonra hansı vaksindən nə qədər alınacaq, necə istifadə olunacaq, bunu açıqlayacağıq", - deyə Harmancı bildirib.

Teqlər:
Ümumdünya Səhiyyə Təşkilatı, ÜST, Koronavirus, epidemiya, COVID-19

Əsas mövzular