21:10 17 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0232
  • EUR2.0652
SƏHİYYƏ
Qısa URL
Azərbaycanda koronavirus: son xəbərlər (390)
6501

İndiyədək ölkədə ümumilikdə 167 155 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 103 550 nəfər müalicə olunaraq sağalıb, 1 840 nəfər vəfat edib

BAKI, 11 dekabr - Sputnik. Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 4 381 yeni yoluxma faktı qeydə alınıb, 3 658 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sputnik Azərbaycan-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 47 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 167 155 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 103 550 nəfər müalicə olunaraq sağalıb, 1 840 nəfər vəfat edib, aktiv xəstə sayı 61 765 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 16 282, ötən müddət ərzində isə ümumilikdə 1 918 866 test aparılıb.

Mövzu:
Azərbaycanda koronavirus: son xəbərlər (390)
Teqlər:
ölənlər, yoluxma, epidemiya, COVID-19, Azərbaycan, Koronavirus

Əsas mövzular