18:13 17 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0232
  • EUR2.0652
SƏHİYYƏ
Qısa URL
14 0 0

Ümumilikdə, Rusiyada bu xəstəliyə yoluxanların sayı 2541199-a çatıb. Rusiyada pandemiya yayılandan 44718 nəfər COVID-19-dan vəfat edib.

BAKI, 9 dekabr — Sputnik. Son bir sutka ərzində Rusiyada 26190 koronavirusa yeni yoluxma halı aşkarlanıb. Sputnik Azərbaycan Rusiya Operativ Qərargahına istinadən xəbər verir ki, bir gün ərzində qonşu ölkədə 559 nəfər ölüb.

Ümumilikdə, Rusiyada bu xəstəliyə yoluxanların sayı 2541199-a çatıb. Rusiyada pandemiya yayılandan 44718 nəfər COVID-19-dan vəfat edib. Ölkədə bu virusdan sağalanların sayı 2007792-yə çatıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 68,2 milyonu keçib, 1,55 milyondan çox adam isə virus səbəbi ilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Teqlər:
COVID-19, Koronavirus, Rusiya

Əsas mövzular