CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Türkiyə koronavirusa qarşı Çin peyvəndinə üstünlük verdi: Klinik sınaqlardan uğurla çıxıb

© AFP 2023 / NICOLAS ASFOURIКитайская вакцина, фото из архива
Китайская вакцина, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
"Sinovac" peyvəndinin bir sıra göstəricilərinə görə koronavirus infeksiyasına qarşı ciddi təsirə malik olduğu təsdiqlənib.

BAKI, 8 dekabr - Sputnik. Türkiyə hökuməti yeni növ koronavirus (COVID-19) infeksiyası ilə bağlı riskləri aradan qaldırmaq üçün virusdan qorunmaq məqsədilə peyvənd tətbiqi sahəsində çoxistiqamətli işlər görməkdədir. Yerli istehsalla bərabər xarici ölkələrin istehsalı olan vaksinlərin alınması da gündəmdə saxlanılır.

Sputnik Türkiyə xəbər verir ki, Türkiyə Çində istehsal olunan "Sinovac" peyvəndindən sifariş edib. "Sinovac" peyvəndinin bir sıra göstəricilərinə görə koronavirus infeksiyasına qarşı ciddi təsirə malik olduğu təsdiqlənib. Bu peyvənd bir sıra ölkələrdə klinik sınaqlardan uğurla çıxıb.

Artıq İndoneziyada "Sinovac" peyvəndinin klinik sınağının üçüncü mərhələsi müvəffəqiyyətlə nəticələnib. İndoneziyanın dövlət dərman qurumu "Bio Farma"nın açıqlamasına görə, bu peyvənd COVID-19 infeksiyası ilə mübarizədə 97 faizlik uğurlu nəticə göstərib. İndoneziyada "Sinovac" peyvəndinin klinik sınağı 1600 nəfər üzərində aparılıb.

Türkiyənin səhiyyə naziri Fahrettin Kocanın məlumatına görə, Türkiyə "Sinovac" vaksinindən 50 milyon doza sifariş verib. Bu peyvəndin tətbiqinə dekabrda başlanılacaq. Peyvəndin ilk olaraq səhiyyə işçilərinə vurulacağı bildirilir.

Qeyd edək ki, artıq Braziliya, Çili və Banqladeş də Çin istehsalı olan "Sinovac" peyvəndini ilk sifariş edən ölkələrdəndir.

Xəbər lenti
0