20:17 17 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0232
  • EUR2.0652
SƏHİYYƏ
Qısa URL
21 0 0

Ermənistanda son gündə daha 23 nəfər ölüb. Ümumilikdə bu virusdan ölənlərin sayı 2277-yə çatıb. Xəstəlikdən sağalanların sayı 114990 nəfər olub.

BAKI, 4 dekabr — Sputnik. Ermənistanda koronavirusa yoluxanların sayı 139692-yə çatıb. Sputnik Ermənistan xəbər verir ki, bu barədə Ermənistanın Xəstəliklərə Nəzarət və Profilaktika üzrə Milli Mərkəzinin yaydığı məlumatda bildirilib.

Məlumatda qeyd olunub ki, bir gündə bu virusa yoluxanların sayı daha 1184 nəfər artıb.

Ermənistanda son gündə daha 23 nəfər ölüb. Ümumilikdə bu virusdan ölənlərin sayı 2277-yə çatıb. Xəstəlikdən sağalanların sayı 114990 nəfər olub. Hazırda bu ölkədə 21842 nəfər xəstəxanada müalicə alır.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 65,2 milyonu keçib, 1,51 milyondan çox adam isə virus səbəbi ilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Əsas mövzular