Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Azərbaycanda ailədaxili yoluxmalar artır

© pixabay / Ella_87Женщины с детьми
Женщины с детьми - Sputnik Azərbaycan
Abunə olmaq
"Bu gün ailədaxili yoluxma sayı artır. Koronavirusa yoluxmuş şəxslər digər ailə üzvlərini də yoluxdururlar"

BAKI, 2 dekabr — Sputnik. Azərbaycanda koronavirusa ailə daxilində yoluxmalar artır. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi brifinqdə Tibb Universitetinin professoru Akif Qurbanov deyib. O bildirib ki, hazırda narahatedici amil koronavirusa yoluxma saylarının artmasıdır: "Bu, doğrudan da çox narahatedici faktdır. Pandemiyanın sürəti səngimək bilmir. Çox təəssüf ki, qorunma tədbirlərinə düzgün əməl etmirik. Maskanı geyiniriksə, düzgün geyinməliyik, geyinmiriksə, geyinməyək. Maska tənəffüs yollarını bağlamalıdır.

Əllərin gigiyenası və sosial məsafəyə riayət etmək vacibdir. Əlləri düzgün şəkildə sabunla yusaq, dezinfeksiyaya ehtiyac yoxdur. Ev şəraitində müalicə olunan xəstə infeksiya mənbəyidir. Bu gün ailədaxili yoluxma sayı artır. Koronavirusa yoluxmuş şəxslər digər ailə üzvlərini də yoluxdururlar.

Hər bir xəstə şəxs özünü və ətrafdakıları qorumalıdır. Evdə müalicə olunan şəxsə də ehtiyatla yanaşılmalıdır".

Xəbər lenti
0