17:28 19 Sentyabr 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0014
  • RUB0.0234
SƏHİYYƏ
Qısa URL
Azərbaycanda koronavirus: son xəbərlər (485)
3801

"İnsanlar kompüter tomoqrafiyasından keçərkən ağciyərlərində heç bir fəsad olmadığını bildikdə arxayınlaşırlar. Halbuki, virus yüngül keçən şəxslərdə ağciyərlərdə özünü büruzə verməyə bilər"

BAKI, 2 dekabr — Sputnik. Azərbaycanda koronavirusa yoluxmuş şəxslər həkim tövsiyəsi olmadan kompüter tomoqrafiyasından (KT) keçərək arxayınlaşırlar. Sputnik Azərbaycan-ın məlumatına görə, bu sözləri bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi brifinqdə Tibb Universitetinin professoru Akif Qurbanov deyib. O bildirib ki, xəstələr özlərində koronavirus əlamətləri hiss edən kimi dərhal kompüter tomoqrafiyasına üz tuturlar. Halbuki, kompüter tomoqrafiyası virusu müəyyən edən vasitə deyil. Koronavirusdan ağırlaşma baş verdiyi hallarda ağciyərlərdə bu xəstəlik özünü büruzə verir. İnsanlar kompüter tomoqrafiyasından keçərkən ağciyərlərində heç bir fəsad olmadığını bildikdə arxayınlaşırlar. Halbuki, virus yüngül keçən şəxslərdə ağciyərlərdə özünü büruzə verməyə bilər. Yaxud da xəstəliyin ilk dövründə ağciyərlərdə fəsad görünməyə bilər. Bundan arxayınlaşmaq olmaz".

Mövzu:
Azərbaycanda koronavirus: son xəbərlər (485)
Teqlər:
COVID-19, epidemiya, Koronavirus, kompüter tomoqrafiyası, ağciyər, professor

Əsas mövzular