Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Evdə müalicə alan xəstələr daha böyük təhlükə mənbəyidir

© AP Photo / Esteban FelixБольной дома, фото из архива
Больной дома, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Evdə müalicə alan xəstələr daha böyük təhlükə mənbəyidir Evdə müalicə alan xəstələr daha böyük təhlükə mənbəyidir

BAKI, 2 dekabr — Sputnik. "Maskanı düzgün taxmalıyıq. Maska ağız və burun boşluğunu bağlamalıdır. Çünki düzgün taxmamaq elə maska taxmamaq deməkdir. Virusdan qorunmaq üçün gigiyenik qaydalara əməl etməli, əlləri protokola uyğun olaraq yumalıyıq. Dezinfeksiyaedici məhluldan istifadə hökmən deyil".

Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə ATU-nun professoru Akif Qurbanov deyib. O, ev şəraitində müalicə alan xəstələrin daha böyük təhlükə olduğunu deyib:

"Ev şəraitində müalicə olunan xəstə infeksiya mənbəyidir. Həmin xəstələr özlərini təcrid etməsələr, ailədaxili yoluxmalar artır. Bir nəfər yoluxub xəstələnir və digər ailə üzvlərini də yoluxdurur. Yoluxmaların sayının artmasının səbəbi məhz ailədaxili yoluxmadan qaynaqlanır. Yoluxma sayının artmasının əsas səbəblərindən biri də məhz budur. Hər bir xəstə şəxs ətrafındakıları qorumalıdır. Hər bir evdəki şəxs də həmin xəstəyə müəyyən müddət ehtiyatla yanaşmalıdır, özüntəcrid etməlidir".

"Belə şəxslərin xəstəxanaya getməyə ehtiyacı yoxdursa, həkimə müraciət edərək evdə müalicə almalıdırlar", - deyə o əlavə edib.

A.Qurbanov bildirib ki, hələ cəmiyyətimiz bu xəstəlik haqda ətraflı məlumatlı deyil: "Bir şəxs özündə problem hiss edərək dərhal xəstəxanaya müraciət edir və gedir ağciyərlərini yoxlatdırmağa, öz istəyi ilə bunu edir. Nəticələri təmiz çıxıdıqda o şəxs əmin olur ki, tam sağlamdır. Hamı bilməlidir ki, ağciyərlərdə fəsadlaşma nəticəsində problem ortaya çıxır. Bəzən xəstəliyin sona çatdığı müddətədək ağciyərlərdə dəyişiklik olmur. Hamı bilməlidir ki, belə müayinələr köməkçi üsuldur. Xəstəliyin diaqnostikasında PSR önəmlidir".

Xəbər lenti
0