CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Koronavirus xəstələri vena daxilinə infuziyalara üz tuturlar" - TƏBİB-in infeksionisti

CC0 / valelopardo / DoctorВрач берет у пациента кровь для анализа, фото из архива
Врач берет у пациента кровь для анализа, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
"Bəzən xəstələr həkimlərin ev şəraitində tətbiq etdiyi müalicədən kənar antibiotik və virus əleyhinə dərmanlar qəbul edirlər"

BAKI, 2 dekabr — Sputnik. Azərbaycanda koronavirusa yoluxmuş şəxslər həkimin onlara tətbiq etdiyi dərman preparatlarından əlavə dərman preparatları qəbul edirlər. Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) İnfeksion xəstəliklər üzrə işçi qrupunun həkim-infeksionisti Nəzrin Mustafayeva bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi brifinqdə bildirib.

O deyib ki, bəzən xəstələr həkimlərin ev şəraitində tətbiq etdiyi müalicədən kənar antibiotik və virus əleyhinə dərmanlar qəbul edir, hətta vena daxilinə infuziyalara üz tuturlar: "Bəzi xəstələr bu müalicəni evdə özləri başlayır, xəstəliyin son ağırlaşmış mərhələsində bizə müraciət edirlər. Bütün bunların həyati təhlükəli olduğunu vətəndaşların diqqətinə bir daha çatdırmaq istəyirəm".

N.Mustafayeva bildirib ki, xəstəliyi yüngül keçirənlərin evi tərk etməsi virusa yoluxma sayını artırır: "Gün ərzində aldığımız məlumatlara görə, koronavirusa yoluxmuş şəxslərin 80 faizi xəstəliyi yüngül simptomlarla keçirirlər. Amma bu xəstəliyə ciddi yanaşan, həssas olan şəxslər xəstəxanaya axın edirlər. Özündə xəstəlik əlaməti hiss edənlər və virusu pozitiv çıxanlar isə bəzən yaşayış yerini tərk edirlər. Bu da onların və ətrafdakıların sağlamlığı üçün təhlükə yaradır".

Xəbər lenti
0