06:24 25 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0230
  • EUR2.0695
SƏHİYYƏ
Qısa URL
Yeni tip koronavirus pandemiyası (586)
188 0 0

Xəstələrin əksəriyyəti ilkin simptom kimi burunda həddindən artıq quruluq və ya narahatlıq hissinin olduğunu dilə gətirib.

BAKI, 1 dekabr — Sputnik. Koronavirus müəyyən edilməmişdən öncə burundakı xoşagəlməz hisslər və quruluq koronavirusun ilk əlamətlərindən biri ola bilər.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, bu nəticəyə Barselona Universitetinin alimləri gəliblər.

Belə ki, alimlər koronavirus xəstəsi olan 35 nəfərlik bir qrupu müayinə ediblər. Xəstələr tərəfindən bildirilən bütün simptomlar təhlil edilib. Təhlillər zamanı alimlər SARS-CoV-2 virusunun nüfuz yollarından birinin də burun epitelisi olduğunu müəyyən ediblər. Çünki xəstələrin əksəriyyəti ilkin simptom kimi burunda həddindən artıq quruluq və ya narahatlıq hissinin olduğunu dilə gətiriblər.

Eyni zamanda, xəstələrin yarısı sanki burunlarının yuyulmuş olduğunu hiss etdiklərini bildiriblər. Bu simptomla yanaşı, qoxubilmə qabiliyyətinin itməsi də müşahidə edilib. Xəstələrin məlumatlarına görə, bu hisslər 12 gün davam edib.

Mövzu:
Yeni tip koronavirus pandemiyası (586)
Teqlər:
qoxu, simptom, burun, Koronavirus, epidemiya, COVID-19

Əsas mövzular