12:35 28 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
SƏHİYYƏ
Qısa URL
27 0 0

Alimlər ilk simptomlar müşahidə olunduğu andan, hələ testlərin nəticəsi çıxmadan izolyasiya tədbirlərinə başlamağın vacib olduğunu qeyd edirlər.

BAKI, 22 noyabr — Sputnik. COVID-19 xəstələri ilk 5 gündə daha çox virus yayırlar.

Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən xəbərinə görə, İngiltərədə alimlər apardıqları araşdırmanın nəticəsi olaraq bildiriblər ki, xəstəliyə yoluxanlar ilk 5 gündə ətraf aləm üçün daha təhlükəli hesab edilirlər.

Bu səbəbdən alimlər ilk simptomlar müşahidə olunduğu andan, hələ testlərin nəticəsi çıxmadan izolyasiya tədbirlərinə başlamağın vacib olduğunu qeyd edirlər. Onlar bildirirlər ki, COVID-19-dan fərqli olaraq digər viruslarda bu müddət 7-10 gün təşkil edir.

Teqlər:
Koronavirus, epidemiya, COVID-19

Əsas mövzular