20:39 24 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
SƏHİYYƏ
Qısa URL
9 0 0

Ümumilikdə Ermənistanda bu virusdan ölənlərin sayı 1870-a çatıb. Xəstəlikdən sağalanların sayı 80 069-a nəfər olub.

 

BAKI, 19 noyabr — Sputnik. Ermənistanda koronavirusa yoluxanların sayı 121979-a çatıb. Sputnik Ermənistan xəbər verir ki, bu barədə Ermənistanın Xəstəliklərə Nəzarət və Profilaktika üzrə Milli Mərkəzinin yaydığı məlumatda bildirilib.

Məlumatda qeyd olunub ki, bir gündə bu virusa yoluxanların sayı daha 1520 nəfər artıb.

Ermənistanda son gündə daha 31 nəfər ölüb. Ümumilikdə bu virusdan ölənlərin sayı 1870-a çatıb. Xəstəlikdən sağalanların sayı 80 069-a nəfər olub. Hazırda bu ölkədə 31 243 nəfər xəstəxanada müalicə alır.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 55,6 milyonu keçib, 1,34 milyondan çox adam isə virus səbəbilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Teqlər:
xəstə, Ermənistan, COVID-19, Koronavirus

Əsas mövzular