22:53 04 Dekabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
SƏHİYYƏ
Qısa URL
4501

TƏBİB-in yaydığı məlumata görə, virusa yoluxma Aranda 11.3 faiz, Gəncə-Qazaxda 7.2 faizə çatıb, paytaxtda yoluxanlar isə ümumi yoluxanların 53.5 faizini təşkil edir.

BAKI, 18 noyabr — Sputnik. Ölkə üzrə COVID-19-a yoluxma statistikasında yenə də ən yüksək yoluxma Bakı şəhərinin payına düşür. Sputnik Azərbaycan koronavirusinfo.az-a istinadən xəbər verir ki, paytaxtda yoluxanlar ümumi yoluxanların 53.5 faizini təşkil edir.

Rəsmi məlumatda qeyd olunur ki, Abşeronda yoluxma 13.8 faiz, Aranda 11.3 faiz, Gəncə-Qazaxda 7.2 faiz, Lənkəranda 4.0 faiz, Şəki-Zaqatalada 3.3 faiz, Quba-Xaçmazda 3.2 faiz, Dağlıq Şirvanda 1.9 faiz, Yuxarı Qarabağda 1.0 faizdir. Naxçıvanda yoluxma 0.06 faiz, ölkə xarici yoluxma isə 0.7 faiz təşkil edir. Ölkə xaricində yoluxanlar isə 0,7 faizdir.

Qeyd edək ki, bu gün Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2239 yeni yoluxma faktı qeydə alınıb, 1217 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sputnik Azərbaycan-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 25 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 81397 nəfər koronavirus infeksiyasına yoluxub, onlardan 58111 nəfər müalicə olunaraq sağalıb, 1030 nəfər vəfat edib, aktiv xəstə sayı 22256 nəfərdir.

Ölkədə son sutka ərzində 13134, hazırkı dövrədək isə 1549568 test aparılıb.

Əsas mövzular