Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Ermənistanda koronavirusa yoluxanların sayı 120 mini keçdi

© AFP 2023 / TARSO SARRAFПациент с COVİD-19, фото из архива
Пациент с COVİD-19, фото из архива  - Sputnik Azərbaycan
Abunə olmaq
Ermənistanın Xəstəliklərə Nəzarət və Profilaktika üzrə Milli Mərkəzinin yaydığı məlumata görə, bu ölkədə son gündə daha 28 nəfər ölüb. Ümumilikdə orada bu virusdan ölənlərin sayı 1839-a çatıb.

BAKI, 18 noyabr — Sputnik. Ermənistanda koronavirusa yoluxanların sayı 120459-a çatıb. Sputnik Ermənistan xəbər verir ki, bu barədə Ermənistanın Xəstəliklərə Nəzarət və Profilaktika üzrə Milli Mərkəzinin yaydığı məlumatda bildirilib.

Məlumatda qeyd olunub ki, bir gündə bu virusa yoluxanların sayı daha 1589 nəfər artıb.

Ermənistanda son gündə daha 28 nəfər ölüb. Ümumilikdə bu virusdan ölənlərin sayı 1839-a çatıb. Xəstəlikdən sağalanların sayı 80069-a nəfər olub. Hazırda bu ölkədə 38082 nəfər xəstəxanada müalicə alır.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 55,6 milyonu keçib, 1,34 milyondan çox adam isə virus səbəbilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Xəbər lenti
0