CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Oqtay Gülalıyevdə COVID-19 virusu aşkarlanıb

© REUTERS / GIORGOS MOUTAFISПациент с COVİD-19 в отделение реанимации и интенсивной терапии, фото из архива
Пациент с COVİD-19 в отделение реанимации и интенсивной терапии, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Noyabrın 17-də axşam saatlarında ailəsi Oqtay Gülalıyevin COVID-19 simptomlarının artdığını bildirərək onun xəstəxanaya yerləşdirilməsini xahiş edib.

BAKI, 18 noyabr - Sputnik. TƏBİB hüquq müdafiəçisi Oqtay Gülalıyevin ailəsinin müraciəti əsasında onun sağlamlıq vəziyyəti ilə maraqlanıb. Bədən temperaturunun yüksək olması nəzərə alınaraq, Gülalıyevin xəstəxanaya köçürülməsi üçün noyabrın 16-da ondan COVID-19 testi götürülüb.

Sputnik Azərbaycan-a TƏBİB-dən verilən məlumata görə, testin noyabrın 17-də açıqlanan nəticəsinə əsasən, Oqtay Gülalıyevdə COVİD-19 virusu aşkar edilib.

Təcili və Təxirəsalınmaz Tibbi Yardım Xidməti Oqtay Gülalıyevin xüsusi rejimli xəstəxanaya yerləşdirilməsini uyğun bilsə də, ailəsi bundan imtina edib və müalicəsinin ev şəraitində davam etdirilməsini istəyib. Noyabrın 17-də axşam saatlarında ailəsi Oqtay Gülalıyevin COVID-19 simptomlarının artdığını bildirərək onun xəstəxanaya yerləşdirilməsini xahiş edib.

Hazırda Oqtay Gülalıyev xüsusi rejimli xəstəxanaya - "Yeni Klinika" tibb müəssisəsinə yerləşdirilib.

Qeyd edək ki, Oqtay Gülalıyev 2019-cu ilin 29 oktyabrında Bakıda taksi fəaliyyəti ilə məşğul olan sürücü Kənan Abdullayevin idarə etdiyi “Hyundai Accent” markalı avtomobillə vurulub. Bakı Şəhər Baş Polis İdarəsinin məlumatına görə, sürücü Oqtay Gülalıyevi Kliniki Tibbi Mərkəzə çatdırıb. İlkin tibbi yardım göstərildikdən sonra Oqtay Gülalıyev “City Hospital”a köçürülüb, oktyabrın 30-u saat 13 radələrində burada əməliyyat olunub.
Beyin əzilməsi diaqnozu qoyulan Oqtay Gülalıyev noyabrın 1-də Respublika Neyrocərrahiyyə Xəstəxanasının reanimasiya şöbəsinə köçürülüb. Bir gün sonra Türkiyəyə aparılıb. Onun bütün müalicə xərclərini Heydər Əliyev Fondu öz üzərinə götürüb. O, noyabrın 7-də ailəsinin istəyinə əsasən Azərbaycana gətirilib. 

Xəbər lenti
0