CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Yoluxma yenə artdı, vəfat edənlərin ümumi sayı isə psixoloji həddi keçdi

© AFP 2023 / RONALDO SCHEMIDTТест на коронавирус, фото из архива
Тест на коронавирус, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycanda indiyədək ümumilikdə 79158 nəfər koronavirus infeksiyasına yoluxub, onlardan 56894 nəfər müalicə olunaraq sağalıb, 1005 nəfər vəfat edib, aktiv xəstə sayı 21259 nəfərdir.

BAKI, 17 noyabr — Sputnik. Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2075 yeni yoluxma faktı qeydə alınıb, 1139 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sputnik Azərbaycan-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 20 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 79158 nəfər koronavirus infeksiyasına yoluxub, onlardan 56894 nəfər müalicə olunaraq sağalıb, 1005 nəfər vəfat edib, aktiv xəstə sayı 21259 nəfərdir.

Ölkədə son sutka ərzində 13213, hazırkı dövrədək isə 1536434 test aparılıb.

Xəbər lenti
0