20:27 24 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
SƏHİYYƏ
Qısa URL
91 0 0

İndiyədək ümumilikdə 71580 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 53001 nəfər müalicə olunaraq sağalıb

BAKI, 13 noyabr - Sputnik. Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1364 yeni yoluxma faktı qeydə alınıb, 1015 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sputnik Azərbaycan-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 22 nəfər vəfat edib. İndiyədək ümumilikdə 71580 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 53001 nəfər müalicə olunaraq sağalıb, 927 nəfər vəfat edib, aktiv xəstə sayı 17652 nəfərdir. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9744, ötən müddət ərzində isə ümumilikdə 1489382 test aparılıb.

Əsas mövzular