02:09 06 Dekabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
SƏHİYYƏ
Qısa URL
39 0 0

"Qapaqlı maskalar nəfəs almağı rahatlaşdırdığı üçün daha populyar idi. Bu maska əsasən inşaat işçilərini tozdan, xəstəxana personalını infeksiyalardan qorumaq üçün istifadə edilir"

BAKI, 11 noyabr — Sputnik. ABŞ-da aparılan araşdırmada N-95 adı ilə tanınan qapaqlı maskaların virusdan qorumadığı müəyyən edilib.

Sputnik Azərbaycan türk mediasına istinadən xəbər verir ki, Avropa Xəstəliklərlə Mübarizə və Nəzarət Mərkəzi vətəndaşları qapaqlı maskalardan imtina etməyə çağırıb. Bəzi ştatlarda belə maskaların istifadəsi qadağan edilib.

Araşdırma zamanı N-95 maskaların nəfəs alan zaman qoruyucu olmadığı müəyyən edilib.

Araşdırma çərçivəsində hava axışını görüntüləyə bilmək üçün yüksək sürətli çəkə bilən kameralardan istifadə edilərək, maskasız, qapaqsız maska ilə və qapaqlı maska ilə alınan nəfəs çəkilib. Görüntülər qapaqsız maskaların alınan nəfəsdəki damlacıqların çoxunu müvəffəqiyyətlə filtrlədiyini və beləcə COVID -19-a yoluxma riskini azaltdığını göstərib.

Marilandda Milli Standartlar və Texnologiya İnstitutunun əməkdaşı Metyu Staymetes bildirib ki, maskaların pandemiya zamanı ilk olaraq hədəfi maska taxan insanın nəfəsini filtirləməkdir: "Çəkdiyimiz videolara baxanda qapaqların havanı filtr etmədən buraxdığını görürük. Bu da maskanın məqsədinə uyğun deyil. Qapaqlı maskalar nəfəs almağı rahatlaşdırdığı üçün daha populyar idi. Bu maska əsasən inşaat işçilərini tozdan, xəstəxana personalını infeksiyalardan qorumaq üçün istifadə edilir".

COVID-19-un yayılmasını durdurmaq üçün tələb olunan maskalar əsas olaraq digər insanları və istifadəçini virusdan qorumaq üçün nəzərdə tutulub.

Əsas mövzular