Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Ermənistanda koronavirusa yoluxanların sayı yüz on mini keçdi

© AFP 2023 / KENZO TRIBOUILLARDТест на коронавирус, фото из архива
Тест на коронавирус, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Ermənistanda son gündə daha 27 nəfər ölüb. Ümumilikdə bu virusdan ölənlərin sayı 1636-ya çatıb. Xəstəlikdən sağalanların sayı 68336 nəfər olub.

BAKI, 11 noyabr — Sputnik. Ermənistanda koronavirusa yoluxanların sayı 110687-yə çatıb. Sputnik Ermənistan xəbər verir ki, bu barədə Ermənistanın Xəstəliklərə Nəzarət və Profilaktika üzrə Milli Mərkəzinin yaydığı məlumatda bildirilib.

Məlumatda qeyd olunub ki, bir gündə bu virusa yoluxanların sayı daha 2000 nəfər artıb.

Ermənistanda son gündə daha 27 nəfər ölüb. Ümumilikdə bu virusdan ölənlərin sayı 1636-ya çatıb. Xəstəlikdən sağalanların sayı 68336 nəfər olub. Hazırda bu ölkədə 40157 nəfər xəstəxanada müalicə alır.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 51,4 milyonu keçib, 1,27 milyondan çox adam isə virus səbəbilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Xəbər lenti
0