Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Koronavirusa qarşı peyvəndlər effektli olacaqmı? - Sağlamlığımızla zarafat etməyək

© Sputnik / Vladimir Pesnya / Mediabanka keçidВо время вакцинации добровольца против COVID-19
Во время вакцинации добровольца против COVID-19  - Sputnik Azərbaycan
Abunə olmaq
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin təmsilçisi Rəvanə Əliyeva bildirib ki, indidən Azərbaycanın alacağı peyvəndlərlə bağlı heç bir qəti fikir söyləmək olmaz.

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 11 noyabr — Sputnik. Koronavirusa yoluxma sayı artdıqca bu virusa görə vaksinlərin hazırlanması məsələsi də gündəmə gəlir. Mütəxəssislər isə koronavirusa qarşı hazırlanan peyvəndlərin koronavirusa yoluxmadan tam qorumayacağını, bəzi mənbələr isə koronavirus peyvəndi vurulacaq şəxslərin bu virusu yüngül keçirəcəklərini iddia edirlər. Hətta Britanyadaki Oksford Universitetinin AstraZeneca ilə birgə korona virusu peyvəndi ilə bağlı qiymətləndirməsində gəldiyi nəticəyə görə, bu virusa görə vaksin yaşlılarda təhlükəsiz və təsirli olmaya bilər.

Вакцина от коронавируса, фото из архива - Sputnik Azərbaycan
Amerikanın vaksinə pulu çatmayıb?

Qeyd edək ki, Azərbaycan da koronavirusa görə vaksin almaq üçün müqavilə imzalayan ölkələrdəndir. Odur ki, alacağımız peyvəndlərin təhlükəsizliyi, effektivliyi bizi də maraqlandırır.

Sputnik Azərbaycan ölkəmizin də alacağı koronavirusa görə hazırlanan vaksinlərin təsir gücü, yan təsirləri ilə bağlı səslənən fikirlərin doğru olma ehtimalını araşdırıb.

Bu günlərdə mətbuata açıqlamasında TƏBİB-in infeksion xəstəliklər üzrə işçi qrupunun üzvü, infeksionist Natiq Əliyev deyib ki, peyvəndlərə müalicə metodu kimi baxmaq düzgün deyil: "Orqanizmin qoruyucu funksiyası var. Peyvənd müalicə etmir, müalicə metodu deyil, qorumağa xidmət edir. Peyvəndlərə müalicə metodu kimi baxmaq düzgün deyil. Amma xəstəliklərin yayılmasının qarşısının alınmasında ən yaxşı vasitələrdən birincisidir. Peyvəndlərin tərkibindəki elementlər hər kəsi maraqlandırır ki, tərkibində kimyəvi elementlər var ki, bu kimyəvi elementlerin olması orqanizmə təsr edir. Təbii, bəzi peyvəndlərin tərkibi kimyəvi elementlərdən ibarət ola bilər ki, bunun tərkibindəki elementlər orqanizmə yan təsirləri baxımından daha azdır, heç bir yan təsiri yoxdur".

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin təmsilçisi Rəvanə Əliyeva Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, indidən Azərbaycanın alacağı peyvəndlərlə bağlı heç bir qəti fikir söyləmək olmaz. R. Əliyeva bildirib ki, Azərbaycan İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və GAVI (Global Alliance for Vaccines) təşkilatı arasında saziş imzalanıb. Sazişə görə, Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən təsdiqlənmiş və tələblərə cavab verən peyvənd istehsal olunduqda tez bir zamanda təşkilatın başqa üzv ölkələri ilə bərabər, Azərbaycan da həmin peyvəndlə təmin olunacaq.

Təbibdə iclas - Sputnik Azərbaycan
SƏHİYYƏ
Strateji yol xəritəsi: Azərbaycanda COVID-19 vaksini kimlərə vurulacaq?

İnfeksionist Nilufər Məmmədova Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, heç bir vaksin virusa tam qoruyucu deyil. Onun sözlərinə görə, vaksinlər viruslara yoluxmanın da qarşısını alır. İnfeksiya orqanizmə daxil olsa da peyvənd vurulduğu halda infeksiya inkişaf edə bilmir: "Qripə qarşı peyvəndlərin effektivliyi barədə indidən qəti fikir söyləmək olmaz. Hər yeni növ virusa qarşı hazırlanan peyvəndin əks göstərişləri və yan təsirləri bir müddətdən sonra üzə çıxır. Hal-hazırda insanlar üzərində korona virusa qarşı peyvəndlər sınaqdan keçirilir. Müxtəlif ölkələrdə koronavirusa qarşı peyvəndlər hazırlanır. Onların hansının effektiv olduğu ÜST tərəfindən təsdiqlənərsə, Azərbaycan da həmin ölkənin istehsalı olan peyvəndi alacaq. Ona görə də bütün COVID vaksinlərinə bunu şamil etmək olmaz".

Məlumat üçün bildirək ki, hazırda dünyada yalnız 9 şirkət peyvənd hazırlığının 3-cü mərhələsindədir.

Qeyd edək ki, çoxtərəfli platformalarda ölkələrin iştirakı məqsədilə, GAVI, CEPI və ÜST tərəfindən COVAX platforması yaradılıb. COVAX təşkilatı geniş sayda peyvənd namizədlərini müxtəlif texnologiyalar vasitəsilə qiymətləndirərək təhlükəsiz COVID-19 peyvənd təkliflər portfelini istifadə etmə imkanı yaradan əvəzolunmaz mexanizmə malik sistemdir. COVAX platformasının əsas məqsədi COVID-19 ilə mübarizədə vaksin istehsalını sürətləndirmək və bütün ölkələr üçün ədalətli və bərabər əlçatanlıq imkanı yaratmaqdır. Azərbaycanın imzaladığı sazişə əsasən Azərbaycan əhalisinin 10 faizə qədəri üçün peyvəndin COVAX çərçivəsində alınması nəzərdə tutulub. Sazişə əsasən, vaksinin ümumi dəyərinin bir hissəsi, yəni 3 milyon 235 min 840 dolları avans məbləği şəklində indi ödənilməlidir. Vaksinin tam təhlükəsizliyi ilə bağlı sınaqlar tam başa çatdıqdan sonra alınacaq vaksinin ödənişinin digər hissəsi ünvanına çatdırılmalıdır. Bu ödəniş Koronavirusla Mübarizəyə Dəstək Fondundan ayrılacaq. İndiyə qədər isə Koronavirusla Mübarizəyə Dəstək Fonduna 113,7 milyon manatdan çox vəsait köçürülüb.

Xəbər lenti
0